Mobil versiya
Bazarlarda alça və gilasın qiyməti diqqət çəkir – ucuzlaşma olacaq?
Tarix: 01-06-2026 | Saat: 20:31
Bölmə:Özəl | çapa göndər

Bazarlarda alça və gilasın qiyməti diqqət çəkir – ucuzlaşma olacaq?


Paytaxt və bölgə bazarlarında mövsümi meyvə-tərəvəz bolluğu müşahidə olunsa da, qiymətlər hələ də yüksək səviyyədə qalır. Xüsusilə alça və gilasın qiyməti alıcıların diqqətini cəlb edir.

Hazırda bazarlarda xiyarın kiloqramı 1 manata, pomidorun kiloqramı 2-3 manata təklif olunur. Badımcan və bibərin qiyməti isə orta hesabla 3 manat təşkil edir.

Mövsümün ən çox tələbat görən meyvələrindən olan gilasın kiloqramı 8-10 manat arasında dəyişir. Alçanın qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 5 manatdan başlayaraq 10 manata qədər yüksəlir.

Satıcıların sözlərinə görə, son günlər müşahidə olunan yağışlı hava şəraiti məhsul yığımına və bazara çıxarılan məhsulun həcminə təsir göstərib. Bu səbəbdən qiymətlərdə gözlənilən enmə hələ baş verməyib.

Mütəxəssislər hesab edirlər ki, havaların daha da istiləşməsi və məhsul bolluğunun artması ilə yaxın həftələrdə meyvə-tərəvəzlərin qiymətində müəyyən ucuzlaşma müşahidə oluna bilər. Xüsusilə yay mövsümünün ortalarına doğru bazarlarda qiymətlərin daha əlçatan olması gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-06-2026