Paşinyan seçki yarışında öndədir – Ermənistanda kritik geri sayım başladı
Tarix: 25-05-2026 | Saat: 22:14
Bölmə:Özəl | çapa göndər

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi son sorğular hakimiyyətin hələ də üstün mövqedə olduğunu göstərir. “Gallup”un Ermənistan nümayəndəliyinin açıqladığı nəticələrə görə, Nikol Pashinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 28,8 faizlə birinci yerdədir.
Sorğuda əsas rəqiblərdən olan Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 14,9 faiz, Robert Kocharyanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 12,1 faiz dəstək alıb.
Politoloq Rəşad Bayramov hesab edir ki, Paşinyanın əsas üstünlüyü müxalifətin parçalanmış vəziyyətdə olmasıdır. Onun sözlərinə görə, hakimiyyət əleyhinə səslər vahid mərkəzdə birləşmədiyi üçün Nikol Pashinyan hələ də seçkinin favoriti sayılır.
Ekspert qeyd edir ki, Paşinyan seçkiləri Ermənistanın gələcək geosiyasi istiqaməti kimi təqdim edir. Hakimiyyət komandası özünü Qərblə inteqrasiya və regional sülh siyasətinin tərəfdarı kimi göstərdiyi halda, müxalifətin bir hissəsi daha çox Rusiya yönlü və revanşist ritorika ilə çıxış edir.
Analitiklərə görə, seçkiyə qədər siyasi gərginlik daha da arta bilər. Hazırkı mərhələdə əsas sual Paşinyanın qalib olub-olmayacağı deyil, seçkidən sonra təkbaşına hökumət quracaq qədər üstünlük əldə edib-etməyəcəyidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-05-2026