Bakıdan Tiflisə qatarla getmək neçəyə başa gələcək? – Sığorta da məcburidir
Tarix: 22-05-2026 | Saat: 16:30
Bölmə:Özəl | çapa göndər

Bakı-Tbilisi qatar reysinin yenidən fəaliyyətə başlaması ilə səfər xərcləri də açıqlanıb. Hazırda Bakıdan Tbilisi istiqamətində bir nəfərin qatarla səfəri minimum 91, maksimum isə 111 manata başa gələcək.
Məlumata görə, sürətli qatarla birtərəfli biletin qiyməti 81 manat təşkil edir. Lakin Georgiaa giriş üçün əlavə olaraq icbari səfər sığortası tələb olunur. Bu sığortanın qiyməti isə paketdən və müddətdən asılı olaraq 10-30 manat arasında dəyişir.
Turizm eksperti Əziz Şiriyevin sözlərinə görə, qatar reyslərinin bərpası həm sərnişinlər, həm də turizm sektoru üçün mühüm alternativ yaradacaq. O bildirib ki, quru sərhədlər bağlı olduğu müddətdə insanlar əsasən hava nəqliyyatından istifadə edirdi və dəmir yolu əlaqəsinin yenidən açılması daha sərfəli seçim hesab olunur.
Ekspert qeyd edib ki, beynəlxalq qatar biletlərinə minimal sərnişin sığortası daxil olsa da, bu, Gürcüstana giriş üçün kifayət etmir. Buna görə sərnişinlər ayrıca səyahət sığortası əldə etməlidirlər.
Mütəxəssislər hesab edirlər ki, Bakı-Tbilisi qatar xəttinin yenidən açılması regional turizm və iqtisadi əlaqələrə də müsbət təsir göstərəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2026