Ermənistanda seçki öncəsi gərginlik artır – Təxribat və sui-qəsd iddiaları gündəmdə
Tarix: 22-05-2026 | Saat: 17:41
Bölmə:Özəl | çapa göndər

Ermənistanda parlament seçkilərinə sayılı günlər qaldıqca ölkədə siyasi gərginlik daha da yüksəlir. Hakimiyyətlə müxalifət arasında qarşılıqlı ittihamlar, sərt açıqlamalar və təhdidlər seçki mühitini daha riskli mərhələyə daşıyıb.
Baş nazir Nikol Pashinyan ünvanına son günlərdə müxtəlif təhdidlərin səsləndirildiyi bildirilir. Eyni zamanda Paşinyan da radikal müxalifətlə seçkilərdən sonra ciddi mübarizə aparacağını bəyan edərək hakimiyyətini qoruyacağına əmin olduğunu nümayiş etdirir.
Təhlükəsizlik eksperti İlham İsmayıl hesab edir ki, seçkiyə qədər Ermənistanda müxtəlif təxribat ssenariləri mümkündür. Onun sözlərinə görə, qarşıdurma yalnız siyasi bəyanatlarla məhdudlaşmaya bilər və müəyyən qüvvələr ölkədə vəziyyəti daha da gərginləşdirmək üçün fərqli vasitələrə əl ata bilərlər.
Ekspert bildirib ki, mümkün təxribatların hədəfi təkcə Nikol Pashinyan olmaya bilər. Müxtəlif siyasi və dini fiqurlara qarşı baş verə biləcək hadisələrin hakimiyyətin üzərinə yönəldilməsi ehtimalı da müzakirə olunur. O, seçkiyə qədər təxribat və terror xarakterli hadisələrin riskinin artdığını vurğulayıb.
İlham İsmayılın fikrincə, Paşinyanın təhlükəsizliyi yalnız Ermənistanın daxili strukturları tərəfindən deyil, Qərb xüsusi xidmət orqanlarının informasiya dəstəyi ilə də qorunur. Bu amilin mümkün risklərin qarşısının alınmasında mühüm rol oynadığı qeyd edilir.
Ekspert hesab edir ki, qarşıdakı günlər Ermənistan üçün olduqca həssas mərhələ olacaq və siyasi mübarizə daha sərt formada davam edə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2026