Azərbaycan Xalq Cümhuriyyəti azadlıq düşüncəsinin təntənəsi idi
Tarix: 22-05-2026 | Saat: 13:01
Bölmə:Özəl | çapa göndər

1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi Azərbaycan xalqının siyasi tarixində dönüş nöqtəsi oldu. Həmin sənədlə xalqımız əsrlər boyu qoruyub saxladığı dövlətçilik ənənələrini yenidən dirçəldərək müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması yalnız bir dövlətin qurulması deyil, həm də milli kimliyin, siyasi iradənin və azadlıq düşüncəsinin təntənəsi idi. İstiqlal Bəyannaməsinin qəbul olunması Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək iqtidarında olduğunu göstərdi. Müstəqil, azad və demokratik respublika qurmaq məqsədi qarşıya qoyularkən xalq hakimiyyəti, insan hüquqları və bərabərlik prinsipləri əsas götürüldü. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti öz dövrünü qabaqlayan siyasi model kimi tarixə düşdü. Qısa müddətdə həyata keçirilən islahatlar milli dövlətçilik ənənələrinin formalaşmasına güclü təkan verdi. Azərbaycan vətəndaşlığı institutunun yaradılması, milli ordunun təşkili, dövlət bayrağının təsis olunması və hüquqi bazanın formalaşdırılması müstəqil dövlət quruculuğunun əsas sütunlarına çevrildi. Xüsusilə milli ordunun yaradılması və Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğalçılardan azad edilməsi xalqın müstəqillik iradəsinin real təzahürü idi.
Azərbaycan Xalq Cümhuriyyəti Şərq ilə Qərb arasında mühüm siyasi və mədəni körpü rolunu oynayıb. Avropa demokratik dəyərlərini Şərq mədəniyyəti ilə birləşdirən bu dövlət modeli xalqımızın yüksək siyasi mədəniyyətə malik olduğunu nümayiş etdirdi. Müxtəlif millətlərin və dini icmaların hüquqlarının qorunması, qadınlara seçki hüququnun verilməsi, sosial bərabərlik prinsiplərinin tətbiqi həmin dövr üçün müstəsna hadisələr idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Bu yanaşma Azərbaycan dövlətinin öz tarixi köklərinə və milli yaddaşına nə qədər bağlı olduğunu göstərir.
Müstəqilliyin bərpasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları dövlət siyasətində öz layiqli yerini aldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, milli dövlətçilik ənənələri möhkəmləndirildi və Azərbaycanın beynəlxalq mövqeləri gücləndirildi. Azərbaycanın geosiyasi imkanlarının reallaşdırılması, iqtisadi inkişaf strategiyasının formalaşdırılması və milli maraqların qorunması məhz həmin dövrdə mümkün oldu. Bu gün Prezident İlham Əliyev bu siyasi kursu müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirir. Azərbaycanda hüquqi dövlət quruculuğu, sosial rifahın yüksəldilməsi, iqtisadi islahatların genişləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl addımlar atılır. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkəmiz regionda söz sahibi olan güclü dövlət kimi çıxış edir. Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. 2007-ci ildə Bakıda İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması dövlətçilik ənənələrinə sadiqliyin rəmzinə çevrildi. Prezident İlham Əliyevin Cümhuriyyətin 90 və 100 illik yubileylərinin qeyd olunması ilə bağlı sərəncamları isə milli yaddaşın gücləndirilməsi baxımından mühüm rol oynadı.
Bu gün Azərbaycan xalqı öz dövlətçilik tarixinin ən qüdrətli mərhələlərindən birini yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu müstəqillik ideyaları müasir Azərbaycanın inkişaf strategiyasında yaşayır və ölkəmizin gələcəyinə işıq salır. Xalqımızın milli iradəsi, dövlətə bağlılığı və tarixi yaddaşı Azərbaycanın bundan sonra da güclü və nüfuzlu dövlət kimi inkişaf edəcəyini təsdiqləyir.
Qudbiddin Qardaşov,
YAP Zaqatala Rayon Təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2026