“BİZ TƏKCƏ MUSİQİMİZDƏ VƏ ŞEİRLƏRMİZDƏ DEYİL,EYNİ ZAMANDA, MEMARLIQDA ÖZ ƏKSİNİ TAPAN QƏDİM TARİXMİZLƏ QÜRUR DUYURUQ”
Tarix: 22-05-2026 | Saat: 11:50
Bölmə:Özəl | çapa göndər

WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən “BİZ TƏKCƏ MUSİQİMİZDƏ VƏ ŞEİRLƏRMİZDƏ DEYİL,EYNİ ZAMANDA, MEMARLIQDA ÖZ ƏKSİNİ TAPAN QƏDİM TARİXMİZLƏ QÜRUR DUYURUQ” fikirlər bir daha onu göstərdi ki, Azərbaycanda şəhərsalma siyasəti uzunmüddətli strateji baxışa əsaslanır.
Qeyd edim ki, bu siyasətin mərkəzində isə insan amili, milli irsin qorunması, müasir inkişaf prinsipləri və dayanıqlı gələcək dayanır.
Azərbaycan qədim şəhər mədəniyyətinə malik ölkədir:
"Tarix boyu Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər şəhərlər regionun mühüm siyasi, iqtisadi və mədəni mərkəzləri kimi formalaşıb. Bu şəhərlərin hər biri Azərbaycanın zəngin memarlıq irsini, yüksək şəhər mədəniyyətini və ictimai təşkilatlanma ənənələrini özündə əks etdirir.
Tarixi mənbələrə əsasən, Azərbaycan şəhərləri əsrlər boyu yalnız yaşayış məkanları deyil, həm də ticarətin, elmin, sənətin və mədəniyyətin inkişaf etdiyi mühüm mərkəzlər olub:
"Azərbaycanın urbanizasiya tarixində XIX əsrin ikinci yarısından başlayan mərhələ isə xüsusi əhəmiyyət daşıyır. Xüsusilə neft sənayesinin inkişafı ilə Bakı dünyanın sürətlə inkişaf edən sənaye və urbanizasiya mərkəzlərindən birinə çevrildi".
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhərsalma məsələlərini daim diqqətdə saxlayırlar, bu istiqamətdə ardıcıl, məhsuldar siyasət həyata keçirirlər:
"Bu gün Azərbaycanda şəhərsalma siyasəti yalnız tikinti prosesi deyil, sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin təmin olunması, müasir infrastrukturun qurulması və tarixi-mədəni irsin qorunması kimi strateji istiqamətləri özündə birləşdirir".
Hesab edirəm ki, son illərdə ölkənin müxtəlif bölgələrində azad olunmuş torpaqlarmızda həyata keçirilən abadlıq və yenidənqurma layihələri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, yeni ictimai məkanların yaradılması, parkların və yaşıllıq zonalarının genişləndirilməsi bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
"Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın şəhər və rayonlarında həyata keçirilən layihələr ölkənin müasir simasının formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, Birinci vitse-prezidentin təşəbbüsləri ilə tarixi və mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılır, memarlıq abidələrinin bərpası və milli irsin yaşadılması istiqamətində ardıcıl işlər görülür".
Əhməd Panayev
Azərbaycan Rəssamlıq Akademiyasının Mülkü müdafiə qərargahının rəisi,
YAP Nərimanov rayon təşkilatının ƏPT sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2026