Mobil versiya
Kanaklar Azadlıq İstəyir, Paris isə TƏZYİQİ ARTIRIR
Tarix: 21-05-2026 | Saat: 21:07
Bölmə:Özəl | çapa göndər

Kanaklar Azadlıq İstəyir, Paris isə TƏZYİQİ ARTIRIR


Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi siyasət yenidən neokolonializm müzakirələrini gündəmə gətirib.

Kanak xalqının illərdir davam edən müstəqillik və öz müqəddəratını təyinetmə mübarizəsinin siyasi təzyiqlər, seçki manipulyasiyaları və iqtisadi asılılıq mexanizmləri ilə qarşılandığı bildirilir.

Kanak fəalı və USTKE-nin beynəlxalq koordinatoru Rok Haokas “Bakinski raboçi”yə müsahibəsində bildirib ki, Paris demokratiya və insan hüquqları barədə danışsa da, əslində yerli xalqın siyasi iradəsini zəiflətməyə çalışır.

Onun sözlərinə görə, xüsusilə 2024-cü ilin may hadisələrindən sonra bölgədə vəziyyət daha da gərginləşib. Kanak tərəfi Fransanı seçki balansını dəyişmək və müstəqillik tərəfdarlarını sıxışdırmaqda ittiham edir.

Müsahibədə Fransanın bölgəyə ayırdığı maliyyə yardımlarının da siyasi təsir vasitəsinə çevrildiyi vurğulanır. İddialara görə, Paris iqtisadi dəstək adı altında loyal qüvvələri gücləndirməyə çalışır.

Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də xüsusi qeyd olunub. Kanak fəalları Azərbaycanın onların səsini beynəlxalq platformalara çıxardığını və müstəmləkəçilik əleyhinə mövqeyi ilə diqqət çəkdiyini bildiriblər.

Deputat Elçin Mirzəbəyli isə Fransanın tarix boyu müstəmləkəçilik və istismar siyasəti yürüdüyünü deyərək, Parisin bu siyasətinin bu gün də fərqli formada davam etdiyini vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2026