Mobil versiya
Köçəryan Paşinyana qarşı Köhnə senarini işə sala bilər? – Ermənistanda terror QORXUSU
Tarix: 21-05-2026 | Saat: 20:55
Bölmə:Özəl | çapa göndər

Köçəryan Paşinyana qarşı Köhnə senarini işə sala bilər? – Ermənistanda terror QORXUSU


Nikol Paşinyana qarşı səslənən təhdidlər Ermənistanda siyasi gərginliyi daha da artırıb.

Sosial şəbəkələrdə yayılan videoda maskalı və silahlı şəxslər Paşinyanı sağ ələ keçirib öldürəcəkləri ilə hədələyiblər. Bundan sonra təhlükəsizlik orqanları hərəkətə keçib, bir neçə ünvanda əməliyyat və axtarış aparılıb.

Hakimiyyətə yaxın mənbələr iddia edir ki, seçkilərdə Paşinyana qalib gəlməyin çətin olduğunu düşünən revanşist qüvvələr daha radikal ssenarilərə üstünlük verə bilər.

Müzakirələrdə xüsusilə Robert Köçəryanın adı ön plana çıxır. Ekspertlər xatırladırlar ki, 1999-cu ildə Ermənistan parlamentində baş verən və yüksək vəzifəli şəxslərin öldürüldüyü terror aktı illərdir Köçəryanla əlaqələndirilən ən qalmaqallı hadisələrdən biri sayılır.

Hazırda “Ermənistan” bloku ilə seçki yarışında iştirak edən Köçəryanın yenidən hakimiyyətə qayıtmaq üçün bütün imkanlarını səfərbər etdiyi bildirilir.

Analitiklərin fikrincə, Paşinyanın son günlər Qarabağ klanını sərt şəkildə hədəf alması və onları açıq tənqid etməsi onun təhlükə hiss etdiyini göstərən əsas siqnallardan biri ola bilər.

Ekspertlər hesab edirlər ki, Ermənistanda seçkiyə yaxın dövrdə siyasi qarşıdurmanın daha təhlükəli mərhələyə keçməsi ehtimalı artır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2026