Tikinti Bazarı QARIŞDI – Bu Materialların Qiyməti KƏSKİN ARTDI
Tarix: 20-05-2026 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Qiymətləndiricilər Palatasının açıqladığı son hesabata görə, ölkədə tikinti xərclərində ciddi bahalaşma qeydə alınıb.
Məlumata əsasən, 2026-cı ilin aprel ayında tikinti xərcləri ötən ilin dekabrı ilə müqayisədə 6.8 faiz artaraq 106.8 bəndə yüksəlib.
Ən böyük qiymət artımı armatur, beton, sement, laminat, parket və plastik pəncərə kimi tikinti materiallarında müşahidə olunub. Xüsusilə metal və beton məhsullarının qiymətlərində ciddi bahalaşma qeydə alınıb.
Hesabatda bildirilir ki, materiallar üzrə alt indeks 107.5, əmək xərcləri 105.4, maşın və mexanizmlər üzrə isə 103.8 səviyyəsində olub.
Ekspertlər bahalaşmanın əsas səbəbləri kimi idxal və logistika xərclərinin artmasını, həmçinin tikinti sektorunda tələbin yüksək qalmasını göstərirlər.
Tikinti sahəsində çalışan ustaların xidmət haqları da yüksəlib. Fasad, kafel-metlax və suvaq işləri üzrə əmək qiymətlərində artım müşahidə olunur.
Mütəxəssislər hesab edirlər ki, tikinti xərclərinin artması yaxın aylarda mənzil və daşınmaz əmlak bazarında qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər