Türkiyə Yeni Nəsil Raketini RƏSMƏN İŞƏ SALDI – TAYFUN Block-2 Diqqət Mərkəzində
Tarix: 20-05-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Türkiyə müdafiyə sənayəsində diqqət çəkən addım ataraq yerli istehsal olan “TAYFUN Block-2” ballistik raketini ilk dəfə rəsmi şəkildə ordunun silahlanmasına daxil edib.
Məlumata görə, yeni raket sistemi 500 kilometrdən artıq atış məsafəsinə, hipersəs sürətinə və yüksək dəqiqlik imkanlarına malikdir. Raketin əsas məqsədi strateji və mühüm hərbi hədəflərin uzaq məsafədən məhv edilməsidir.
Ekspertlərin sözlərinə görə, “TAYFUN Block-2” mobil raket kompleksi olduğu üçün sürətli yerləşdirmə imkanına sahibdir. Sistem həmçinin elektron müharibə vasitələrinin təsirinə qarşı davamlı hesab olunur və müxtəlif hava şəraitində istifadə edilə bilir.
Hərbi müşahidəçilər bildirirlər ki, bu raketin Türkiyə arsenalına daxil edilməsi ölkənin müdafiə potensialını əhəmiyyətli dərəcədə artıracaq və regiondakı hərbi balansda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Son illərdə Türkiyenin yerli müdafiə sənayesinə yönəltdiyi investisiyalar nəticəsində pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raket texnologiyalarında sürətli inkişaf müşahidə olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2026