Mobil versiya
Prezident Dünyaya Azərbaycanın Gücünü Göstərdi – Qarabağdan Avropaya Uzanan İnkişaf Modeli
Tarix: 19-05-2026 | Saat: 13:51
Bölmə:Özəl | çapa göndər

Prezident Dünyaya Azərbaycanın Gücünü Göstərdi – Qarabağdan Avropaya Uzanan İnkişaf Modeli


Milli Məclisin deputatı Səbinə Salmanova bildirib ki, Prezident Ilham Aliyevin Euronews televiziyasına verdiyi müsahibə Azərbaycanın inkişaf strategiyasını və beynəlxalq mövqeyini dünyaya bir daha nümayiş etdirdi.

Deputatın sözlərinə görə, dövlət başçısı müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini, enerji siyasətini və postmünaqişə dövründə ölkənin əsas prioritetlərini ardıcıl şəkildə təqdim edib.

Səbinə Salmanova qeyd edib ki, Azərbaycanın World Urban Forum 13 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkənin artıq qlobal şəhərsalma və dayanıqlı inkişaf platformasına çevrildiyini göstərir. Onun fikrincə, bu gün Azərbaycan yalnız enerji layihələri ilə deyil, həm də müasir şəhərsalma modeli və “ağıllı şəhər” konsepsiyaları ilə diqqət çəkir.

Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri artıq real nəticələr verir. Hazırda 85 mindən çox insanın doğma torpaqlarına qayıdaraq yaşaması Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, tunellər, körpülər, hava limanları və müasir infrastruktur layihələri həyata keçirilir. “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri, yaşıl enerji zonaları və rəqəmsal idarəetmə sistemləri bölgəni gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirir.

Səbinə Salmanova əlavə edib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan əsas dövlətlərdən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və Avropanın bir çox dövləti enerji əməkdaşlığını genişləndirmək üçün Bakıya müraciət edir.

Deputatın fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş və güclü inkişaf modeli kimi qəbul olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026