Mobil versiya
Məscid Hücumunda ŞOK SƏHLƏNKARLIQ – Terrorçunun Anası Polisə Əvvəlcədən XƏBƏRDARLIQ EDİBMİŞ...
Tarix: 19-05-2026 | Saat: 18:00
Bölmə:Özəl | çapa göndər

Məscid Hücumunda ŞOK SƏHLƏNKARLIQ – Terrorçunun Anası Polisə Əvvəlcədən XƏBƏRDARLIQ EDİBMİŞ...


ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən İslam Mərkəzinə edilən qanlı silahlı hücumla bağlı yeni və olduqca dəhşətli detallar üzə çıxıb.

Yerli media orqanlarının yaydığı məlumata görə, hücumu törədən şəxsin anası hadisədən saatlar əvvəl polisə müraciət edərək oğlunun təhlükəli davranışlar sərgilədiyini bildirib. Qadının hüquq-mühafizə orqanlarına oğlunun zorakı planlar qurduğunu və insanlara zərər verə biləcəyindən ciddi şəkildə narahat olduğunu dediyi iddia olunur.

ABŞ mediasında yayılan xəbərlərdə qeyd edilir ki, şübhəli şəxs hücumdan öncə planlarını yazılı şəkildə qeyd edib və bəzi insanları hədəfə almaq niyyətini açıq şəkildə ifadə edib. Bu məlumatlar hadisənin spontan deyil, əvvəlcədən düşünülərək planlaşdırıldığı ehtimalını gücləndirib.

San Dieqo İslam Mərkəzinə edilən hücum zamanı ən azı iki nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilir. Hadisə baş verən anda binada uşaqların da olduğu açıqlanıb ki, bu da faciənin miqyasını daha da ağırlaşdırıb.

Polisin yaydığı ilkin məlumatda hücumçunun sonradan zərərsizləşdirildiyi qeyd olunub. Hazırda hüquq-mühafizə orqanları hücumun motivlərini, terrorçunun əlaqələrini və hadisənin hansı səviyyədə planlaşdırıldığını araşdırır.

Amerika-İslam Münasibətləri Şurası – Council on American-Islamic Relations (CAIR) hadisəni sərt şəkildə pisləyərək bunu ibadət edən insanlara qarşı ağır zorakılıq aktı adlandırıb. Təşkilat hücum zamanı bir neçə nəfərin güllələndiyini də təsdiqləyib.

Hazırda ABŞ ictimaiyyətində ən çox müzakirə olunan məqamlardan biri isə terrorçunun anasının əvvəlcədən etdiyi xəbərdarlığa baxmayaraq faciənin niyə qarşısının alınmaması ilə bağlıdır. ABŞ mediası hüquq-mühafizə orqanlarının mümkün səhlənkarlıq ehtimalını da araşdırdığını yazır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2026