Qız qaçıran sürücü tutuldu
Tarix: 15-03-2017 | Saat: 15:19
Bölmə:Parlament / Karusel | çapa göndər
Martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.
AİA.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sürücü maşını saxlayan zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın N.İ polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirib. Həmin vaxt sürücü B.Abdullayev avtomobillə hadisə yerindən qaçıb.
Dərhal görülmüş tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı RPŞ-yə gətirilib.
Əməliyyat tədbirləri ilə B.Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat 1 radələrində paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib.
Araşdırma aparılır.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025