Mobil versiya
Bu gün sənin günündür, əziz qardaşım. -Foto
Tarix: 15-05-2026 | Saat: 13:35
Bölmə:Özəl / Media | çapa göndər

Bu gün sənin günündür, əziz qardaşım.

Ömrünün 75-ci ilini alnıaçıq, üzüağ - kişi kimi başa vuran, sevilən bu ADAM , publisistikasını, müxtəlif səpgili yazılarını maraqla oxuduğumuz Akif Cabbarlıdır.Şahdağın vüqarını, Türyançayın coşqunluğunu özüylə paytaxta gətir Akif İsmayıloğlunu respublika mətbuat işçiləri sırasında demək olar ki tanımayan yoxdur.Çox-çox illər əvvəl yaşadığı onlarla kövrək, xatirələri böyük ustalıqla qələmə alaraq maraqlı hekayələr şəklində təqdim etməyi bacaran Akif müəllim 6 bədii-publisistik kitabların və bir neçə televiziya filminin ssenari müəllifidir.150 yaşlı mətbuatımızın ağsaqqal personalarından biri, yarım əsrdən də çox çalışdığı teleradio və qəzetlərdə böyük nüfuz qazanmış ,bir sıra təltif və mükafatlara layiq görülmüş Akif Cabbarlı bu gündə fəal jurnalistika ilə məşğuldur. Dilimizin keşiyində ayıq-sayıq dayanan, təvazökar insan, gözəl dost, istedadlı qələm sahibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı-publisist Akif Cabbarlının 75 yaşı tamam olur.
Ədəbi yaradıcılığa 1968-ci ildə,hələ BDU-nun jurnalistika fakultəsinin 1-ci kursunda oxuyanda başlayıb.O bu gündə bədii yaradıcılığını uğurla davat etdirir.

Qələmə aldığı hekayə və publisistik yazılar ölkə mətbuatında saytlarda dərc olunur və oxucular tərəfindən rəğbətlə qarşılanır.

Əziz DOSTum Akif Cabbarlı! Belə gözəl gündə, ömrünün müdriklik çağında sənə möhkəm can sağlığı və illərlə halallıqla yaşadığın həyat yolunda yenə də o cür inamla, mətinliklə, qətiyyətlə addımlamağı arzulayıram.

Bir sözlə, özün kimi qal, DOSTum ! Necə varsan, eləcə - alnı açıq, üzü ağ!

Mübariz Süleymanlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2026