Qəbələ qatarlarına yeni dayanacaq əlavə edildi – Kürdəmir də marşruta qoşuldu
Tarix: 14-05-2026 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər

16 may tarixindən etibarən Bakı–Qəbələ–Bakı istiqamətində hərəkət edən sərnişin qatarları Kürdəmir stansiyasında da dayanacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, yeni dəyişiklik nəticəsində regionlararası səfərlərin əlçatanlığı daha da genişlənir və Kürdəmir sakinləri də Qəbələ istiqamətinə birbaşa dəmir yolu nəqliyyatından istifadə edə biləcəklər.
ADY-nin açıqlamasına görə, bu yenilik yalnız Bakı–Qəbələ xətti ilə məhdudlaşmır. Artıq şirkətin regionlararası bütün marşrutları üzrə Kürdəmirə gediş-gəliş imkanları daha sistemli şəkildə təşkil olunacaq.
Qurumun məqsədi sərnişin daşımalarında rahatlığı artırmaq, regionlar arasında nəqliyyat əlaqələrini gücləndirmək və dəmir yolundan istifadəni daha geniş kütlə üçün əlçatan etməkdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-05-2026