İran rəsmisindən gərgin mesaj: “Aslanın dişləri görünsə…”
Tarix: 08-05-2026 | Saat: 14:45
Bölmə:Özəl | çapa göndər

Fars körfəzi və Hörmüz boğazı ətrafında artan gərginlik fonunda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai diqqətçəkən açıqlama ilə çıxış edib.
Məlumata görə, o, ərəb dilində sosial şəbəkədə paylaşdığı mesajda belə yazıb: “Əgər aslanın dişlərinin çıxdığını görsəniz, onun gülümsədiyini düşünməyin”.
Bu ifadə bölgədə son günlər baş verən insidentlər, dron və raket hücumları ilə bağlı gərginliyin artdığı dövrə təsadüf edir.
Xəbərlərə əsasən, Fars körfəzində və Fuceyrə limanı ətrafında baş verən hadisələr, eləcə də BƏƏ istiqamətində hücum iddiaları regional təhlükəsizlik vəziyyətini daha da həssas mərhələyə gətirib.
Hazırkı vəziyyət Körfəz regionunda qarşılıqlı ittihamların və diplomatik gərginliyin artdığını göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər