Rusiya: Ukrayna ordusu 1365 dəfə atəşkəsi pozub – gərginlik artır
Tarix: 08-05-2026 | Saat: 10:22
Bölmə:Özəl | çapa göndər

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrini son sutka ərzində atəşkəs rejimini kütləvi şəkildə pozmaqda ittiham edib.
Moskvanın açıqlamasına görə, ümumilikdə 1365 pozuntu qeydə alınıb. Bildirilir ki, Ukrayna tərəfi artilleriya, tanklar, minaatanlar və yaylım atəşli reaktiv sistemlərlə Rusiya mövqelərinə 153 dəfə zərbə endirib.
Nazirlik xüsusilə dron hücumlarının geniş miqyas aldığını vurğulayıb. Hesabata əsasən, 887 PUA zərbəsi qeydə alınıb: bunların 394-ü FPV-dronlar, 107-si oktopikopterlər, 171-i təyyarə tipli dronlar, 215-i isə döyüş sursatı atılan pilotsuz aparatlarla həyata keçirilib.
Rusiya tərəfi bu addımların atəşkəs rejiminin faktiki olaraq pozulduğunu göstərdiyini bildirir və məlumatların beynəlxalq qurumlara təqdim ediləcəyini açıqlayıb.
Müşahidəçilərə görə, 9 may ərəfəsində qarşılıqlı ittihamların artması cəbhədə gərginliyin daha da yüksəldiyini göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər