Azərbaycanda talassemiya: 3209 pasiyent rəsmi qeydiyyatdadır
Tarix: 08-05-2026 | Saat: 10:30
Bölmə:Özəl | çapa göndər

Thalassemia ilə bağlı Azərbaycanda 3209 nəfər rəsmi qeydiyyata alınıb. Bu barədə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi məlumat yayıb.
Rəsmi statistikaya görə, xəstələrin 1654 nəfəri kişi, 1555 nəfəri isə qadındır. Mərkəz bildirir ki, talassemiya daşıyıcıları ayrıca dispanser qeydiyyata alınmır, çünki onlar sağlam şəxslər hesab olunur.
Məlumata əsasən, 2015-ci ildən etibarən yeni ailə quran şəxslər talassemiya daşıyıcılığına görə müayinədən keçirilir. Aparılan yoxlamalara görə, ölkədə daşıyıcılıq göstəricisi təxminən 4 faiz təşkil edir.
Hazırda təxminən 300 pasiyent sümük iliyi transplantasiyası üçün növbədədir. Cari ildə isə 14 nəfərə bu əməliyyat həyata keçirilib ki, onlardan 6-sı talassemiya xəstəsidir.
Qeyd edək ki, 8 May dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur və bu gün xəstəliyə diqqətin artırılması məqsədi daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2026