Məktəb bufetlərində təhlükə: zəhərlənmə faktı nəzarət sistemini yenidən gündəmə gətirdi
Tarix: 08-05-2026 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər

Bakıda 121 nömrəli məktəbdə 7 şagirdin zəhərlənməsi sonrası bufetin fəaliyyəti dayandırılıb, məktəb rəhbərliyi isə məsuliyyətə cəlb olunub. Hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırması nəticəsində üzə çıxıb.
İlkin məlumatlara görə, uşaqlar bufetdən alınan qida məhsulundan – qoğaldan zəhərləniblər. Yoxlamalar zamanı bufetin qeydiyyatsız fəaliyyət göstərdiyi, məhsulların mənşəyinin təsdiqlənmədiyi və gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Şagirdlər xəstəxanaya yerləşdirilsə də, vəziyyətlərinin stabilləşdiyi bildirilir.
Qida eksperti İlkin Şirinovun sözlərinə görə, məktəb bufetləri xüsusi nəzarət tələb edən həssas sahədir. O qeyd edib ki, problem yalnız məhsullarda deyil, həm də idarəetmə və məsuliyyət sistemindədir. Sertifikatsız məhsullar, düzgün saxlanmayan yağlar və qeyri-peşəkar işçilər ciddi risk yaradır.
Ekspertin fikrincə, əsas məsuliyyət məktəb rəhbərliyi, təchizatçılar və nəzarət qurumlarının üzərindədir. Elm və Təhsil Nazirliyi və AQTA tərəfindən mütəmadi yoxlamalar aparılmadıqda bu kimi hallar təkrarlana bilər.
Ümumilikdə hadisə məktəb bufetlərində qida təhlükəsizliyi sisteminin gücləndirilməsi və nəzarətin sərtləşdirilməsi zərurətini bir daha ortaya qoyur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər