Mobil versiya
Bankda sahiblər dəyişdi, işçi müqaviləsi ləğv edildi – Ali Məhkəmədən yeni qərar
Tarix: 06-05-2026 | Saat: 10:12
Bölmə:Özəl | çapa göndər

Bankda sahiblər dəyişdi, işçi müqaviləsi ləğv edildi – Ali Məhkəmədən yeni qərar


Ali Məhkəmə əmək münasibətlərində müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən yeni qərar qəbul edib.

Hadisə banklardan birində uzun illər çalışan filial müdirinin əmək müqaviləsinin xitamı ilə bağlıdır. O, əvvəlcə məhkəmə qərarı ilə vəzifəsinə bərpa edilsə də, daha sonra bankın səhmdar strukturunda dəyişiklik baş verib.

Yeni mülkiyyətçi əmək müqaviləsinə “müəssisənin sahiblərinin dəyişməsi” əsası ilə yenidən xitam verib. İşçi isə bu qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət edib.

Aşağı instansiya məhkəmələri işçinin xeyrinə qərar çıxarsa da, Ali Məhkəmə fərqli mövqe sərgiləyib. Qərara əsasən, Əmək Məcəlləsinə görə, müəssisədə nəzarət paketinin – yəni 51 faizdən artıq payın sahibinin dəyişməsi yeni mülkiyyətçi iradəsinin formalaşması kimi qiymətləndirilə bilər və bu halda əmək müqaviləsinə xitam verilməsi hüquqi sayılır.

Məhkəmə həmçinin qeyd edib ki, mülkiyyət strukturunda real nəzarət dəyişirsə, bu hal yalnız formal deyil, faktiki sahiblik dəyişikliyi kimi qəbul edilməlidir.

Nəticədə Ali Məhkəmə əvvəlki qərarı ləğv edib və işçinin iddiasını rədd edən yeni qərar çıxarıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2026