Mobil versiya
Erməni ekspertin iddiası: “Əliyev İrəvana qalib kimi gələ bilər”
Tarix: 06-05-2026 | Saat: 18:34
Bölmə:Özəl | çapa göndər

Erməni ekspertin iddiası: “Əliyev İrəvana qalib kimi gələ bilər”


Ermənistanlı siyasi şərhçi Armine Adibekyan yerli mediaya açıqlamasında Azərbaycan–Ermənistan münasibətləri və regional proseslərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.

O, Prezident İlham Əliyevin çıxışlarının əsasən Avropa institutlarına yönəldiyini iddia edərək, Bakı–Brüssel münasibətlərinin qarşılıqlı maraqlara əsaslandığını bildirib. Onun fikrincə, Azərbaycan Avropa ilə əməkdaşlıqdan imtina edə bilmədiyi kimi, Avropa da Azərbaycanı tam şəkildə kənarda saxlaya bilməz.

Adibekyan həmçinin İlham Əliyevin İrəvana mümkün səfəri barədə simvolik ifadə işlədərək, onun belə bir tədbirə adi iştirakçı kimi deyil, “qalib mövqedə” gələ biləcəyini iddia edib.

Ekspert Ermənistan daxilində siyasi xətt və sülh gündəliyi ətrafında da fikir ayrılıqlarının olduğunu vurğulayaraq hökumətə tənqidlər yönəldib.

Qeyd edək ki, Prezident İlham Əliyev son çıxışında Avropa institutlarında Azərbaycana qarşı ikili standartları tənqid edib, ölkənin suverenlik və ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini bir daha vurğulayıb və bəzi Avropa qurumlarının qərarlarını ədalətsiz adlandırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2026