Mobil versiya
Türkiyənin “YILDIRIMHAN” raketi Yunanıstanda narahatlıq yaratdı
Tarix: 06-05-2026 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər

Türkiyənin “YILDIRIMHAN” raketi Yunanıstanda narahatlıq yaratdı


Türkiyənin “SAHA-26” sərgisində təqdim olunan “YILDIRIMHAN” adlı raket layihəsi Yunanıstan mətbuatında geniş rezonans doğurub.

Məlumata görə, 6 min kilometr mənzilli və yüksək sürət göstəricilərinə malik olduğu iddia edilən raket layihəsi müdafiə sahəsi üzrə ekspertlər tərəfindən diqqətlə təhlil edilir. Yunan mediası bu inkişafı Türkiyənin hərbi texnologiyalarda yeni mərhələyə keçidi kimi qiymətləndirir.

Bəzi müdafiə portalları layihəni “qitələrarası potensiala yaxın sistem” kimi təqdim edərək onun regional güc balansına təsir edə biləcəyini qeyd edib. Analitik yazılarda raketin texniki xüsusiyyətləri və strateji əhəmiyyəti xüsusi vurğulanır.

Yunanıstanlı müdafiə ekspertləri layihəni yaxından izlədiklərini bildirərək, belə sistemlərin gələcəkdə regionda hərbi-siyasi tarazlığa təsir göstərə biləcəyini istisna etmirlər.

“SAHA-26” sərgisinin davam etdiyi müddətdə layihə ilə bağlı əlavə texniki məlumatların açıqlanacağı gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2026