Mobil versiya
BƏƏ-nin Fuceyra limanında gərginlik – peyk görüntüləri zərəri üzə çıxardı
Tarix: 06-05-2026 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər

BƏƏ-nin Fuceyra limanında gərginlik – peyk görüntüləri zərəri üzə çıxardı


Peyk görüntülərinə əsaslanan yeni məlumatlar Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanında ciddi infrastruktur problemlərinin yarandığını göstərir.

Məlumata görə, Oman körfəzində yerləşən və regionun mühüm neft ixrac mərkəzlərindən biri sayılan limanda gəmilərin hərəkəti məhdudlaşıb. Hazırda ərazidə az sayda tanker müşahidə olunur və yalnız bir iri neftdaşıyan gəminin terminalda dayandığı bildirilir.

Analizlər liman infrastrukturuna dəyən ziyanın yükləmə və ixrac əməliyyatlarına birbaşa təsir etdiyini göstərir. Bu vəziyyətin nəticəsi olaraq, yaxın dövrdə BƏƏ-dən xam neft ixracında azalma ehtimalı gündəmdədir.

Rəsmi qurumlar tərəfindən hadisənin səbəbi və ziyanın miqyası ilə bağlı hələlik əlavə açıqlama verilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026