İrəvanda etirazlar – revanşistlərin aksiyası diqqət çəkdi
Tarix: 05-05-2026 | Saat: 14:21
Bölmə:Özəl | çapa göndər

Ermənistanda Avropa İttifaqı–Ermənistan sammiti davam etdiyi vaxt paytaxt İrəvanda revanşist və müxalif qrupların təşkil etdiyi aksiya keçirilib.
Məlumata görə, prezident iqamətgahı qarşısında toplaşan etirazçılar həm ölkə daxilində saxlanıldığı iddia edilən şəxslərin, həm də Azərbaycanda olan erməni əsilli məhbusların azad olunması ilə bağlı çağırışlar səsləndiriblər. Lakin sammitdə iştirak edən rəsmi nümayəndələr bu şüarlara reaksiya verməyiblər.
Aksiya bir neçə gündür sammitlə paralel şəkildə davam edir və əsasən revanşist mövqeli siyasi qruplar tərəfindən təşkil olunduğu bildirilir. Etiraz zamanı Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan da çıxış edərək hökumətin siyasətini tənqid edib.
O, Ermənistan və Avropa İttifaqı bayraqlarının birlikdə nümayişini zahirən müsbət görüntü kimi dəyərləndirsə də, ölkənin suverenlik baxımından zəiflədiyini iddia edib. Aşotyan həmçinin sammiti baş nazir Nikol Paşinyanın siyasi mövqeyini gücləndirməyə yönəlmiş addım kimi qiymətləndirib.
Ümumilikdə aksiya iştirakçıları Ermənistanın təhlükəsizlik və xarici siyasət kursunu tənqid edərək ölkənin mövqeyinin zəiflətdiyini iddia ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-05-2026
12:54 Sabah yağış yağacaq