Mobil versiya
ANONS EDİLDİ: Gələn il quru sərhədləri açılacaq
Tarix: 02-05-2026 | Saat: 19:30
Bölmə:Ölkə | çapa göndər

ANONS EDİLDİ: Gələn il quru sərhədləri açılacaq


“Azərbaycanda quru sərhədlərin müəyyən yaş qrupları üçün güzəştli qaydada açılması məsələsi real görünmür”.

Bu fikirləri Konkret.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı səsləndirib.

Cavanşir Abbaslı

“Yaş kateqoriyaları üzrə istisnaların tətbiqi praktik baxımdan mümkün deyil və belə bir addım ümumi məhdudiyyətlərin faktiki olaraq aradan qalxmasına gətirib çıxara bilər. Əgər müəyyən yaş qrupları üçün güzəştlər tətbiq olunsa, bu zaman məsələn, azyaşlıların sərhədi keçməsi üçün onları müşayiət edən şəxslər də orta yaş kateqoriyasına daxil ediləcək. Bu isə dolayısı ilə bütün yaş məhdudiyyətlərinin ləğvi deməkdir”.

Ekspert hesab edir ki, indiki şəraitdə belə bir diferensial yanaşma gözlənilən deyil.

“Əksinə, quru sərhədlərlə bağlı proseslərin mərhələli şəkildə normallaşması ehtimalı daha yüksəkdir. Azərbaycanın qonşu dövlətlərlə münasibətləri müsbət istiqamətdə inkişaf edir. Xüsusilə, Ermənistanla münasibətlərin normallaşması prosesi sürətlənib və yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağı istisna deyil. İranla bağlı da əvvəlki gərginlik fonu zəifləyib. Bu amillər ümumilikdə regionda sabitliyin gücləndiyini göstərir”.

Siyasi şərhçi hesab edir ki, bütün bu faktorlar fonunda yaxın aylarda, ən gec isə gələn il quru sərhədlərin açılması ehtimalı artır. Beləliklə, yaş qruplarına görə xüsusi güzəştlərin tətbiqi real sayılmır, lakin ümumi sərhəd rejimində dəyişikliklərin baş verməsi gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2026