Mobil versiya
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq
Tarix: 30-04-2026 | Saat: 09:39
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda 3 gün ardıcıl

Bu il Faşizm üzərində qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

aia.az xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq.

Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026