Neft 200 dollara çata, qlobal böhran başlaya bilər – Atəşkəs təhlükə altında
Tarix: 27-04-2026 | Saat: 22:16
Bölmə:Ölkə | çapa göndər
Aprelin 27-si ABŞ üçün mühüm hüquqi və hərbi mərhələnin son günüdür. Sabah ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçün Konqresin icazəsi olmadan hərbi əməliyyatlar aparmağa imkan verən qanunvericiliklə müəyyən edilmiş 60 günlük müddət başa çatır.
Bu müddətin tamamlanması fonunda Vaşinqton Yaxın Şərqdə son illərin ən genişmiqyaslı hərbi qüvvə yığımını həyata keçirib. 60 günlük müddət bitir, bölgəyə rekord hərbi qüvvə cəmlənib. Bu, İraq müharibəsi dövründən sonra bölgədə müşahidə olunan ən böyük hərbi konsentrasiyalardan biri kimi qiymətləndirilir.
Beynəlxalq analitiklərin fikrincə, razılaşmanın pozulması regionda yeni hərbi qarşıdurma ilə yanaşı, qlobal iqtisadi böhran riskini də artırır. Məlumata görə, ABŞ prezidenti Donald Tramp tərəfindən atəşkəsin müddəti uzadılsa da, tərəflər arasında gərginlik hələ də yüksək səviyyədədir. Ekspertlər hesab edir ki, hərbi əməliyyatların yenidən başlaması halında İranın əsas addımlarından biri Hörmüz boğazı üzərində nəzarəti sərtləşdirmək və ya onu blokadaya almaq ola bilər.
Qeyd olunur ki, bu ssenari baş verərsə, dünya bazarlarında neftin qiyməti sürətlə artaraq 150–200 dollar səviyyəsinə çata bilər. Bu isə qlobal inflyasiyanın yüksəlməsinə, enerji böhranına və bir sıra ölkələrdə iqtisadi sabitliyin pozulmasına səbəb ola bilər.
Analitiklər bildirir ki, enerji qiymətlərindəki kəskin artım xüsusilə New York və London kimi iri maliyyə mərkəzlərində bazarların çöküşü ilə nəticələnmə riski daıyır.
Eyni zamanda vurğulanır ki, mümkün qarşıdurma yalnız Fars körfəzi ilə məhdudlaşmaya bilər. İranın regiondakı müttəfiqlərinin də prosesə cəlb olunması münaqişənin coğrafiyasını genişləndirə bilər.
Siyasi aspektdə isə belə bir ssenarinin ABŞ daxilində də təsirləri gözlənilir. Ekspertlərin fikrincə, gərginliyin artması və müharibənin yenidən başlaması Donald Tramp üçün əlavə siyasi risklər yaratması mümkündür.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026
27-04-2026