Sülh və ədalət naminə yeni üfüqlər - DEPUTAT
Tarix: 26-04-2026 | Saat: 17:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və rolu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, milli maraqlara söykənən və prinsipial xarici siyasət kursu ilə müəyyən edilir. Bu siyasətin mərkəzində dayanan ən fundamental prinsiplər ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn aliliyidir. Azərbaycan dövləti həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə hər zaman haqqın müdafiəçisi kimi çıxış edərək, dünyada sülhün və sabitliyin bərqərar olması üçün sarsılmaz iradə nümayiş etdirir. 2026-cı il aprelin 25-də Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş, Azərbaycanın bu prinsipial mövqeyinin — həm özünün, həm də tərəfdaşlarının suveren hüquqlarına verdiyi ali dəyərin növbəti təzahürüdür.
Azərbaycan və Ukrayna arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, həm də çətin tarixi sınaqlarda bərkimiş strateji tərəfdaşlıqdır. Qəbələ görüşü zamanı cənab Prezident İlham Əliyev bu münasibətlərin dərinliyini və dinamikasını xüsusi vurğulayaraq bildirmişdir: "Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür... Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir."
Bu siyasi dialoqun ən mühüm tərəfi hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü bütün beynəlxalq platformalarda tərəddüdsüz dəstəkləməsidir. 2008-ci və 2011-ci illərdə imzalanmış strateji sənədlər bu gün də hər iki paytaxt üçün əsas istinad nöqtəsidir. Dövlət başçısı bu sarsılmaz dəstəyi belə ifadə etmişdir: "O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir."
İki ölkə arasındakı əlaqələrin ən mühüm sütunlarından birini iqtisadi tərəfdaşlıq və enerji təhlükəsizliyi təşkil edir. Hazırda ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi əldə olunmuş uğurların yalnız bir hissəsidir. Cənab Prezident İlham Əliyev iqtisadi perspektivləri dəyərləndirərkən qeyd etmişdir: "Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var." Bu inkişaf dinamikası xüsusilə energetika sahəsində özünü qabarıq göstərir. "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var," — deyən dövlət başçısı, əməkdaşlığın təkcə yanacaq satışı ilə məhdudlaşmadığını, həm də investisiya qoyuluşu və infrastruktur layihələrini əhatə etdiyini diqqətə çatdırmışdır.
İqtisadi tərəfdaşlığın yeni və strateji bir qolu kimi hərbi-sənaye kompleksinin inteqrasiyası ön plana çıxır. Prezident hərbi-texniki əməkdaşlıqla bağlı perspektivləri belə xarakterizə etmişdir: "Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var." Bu, iki ölkə arasındakı iqtisadi əlaqələrin sadəcə alqı-satqı deyil, yüksək texnologiyalı istehsalat zəncirinə çevrildiyini sübut edir. Azərbaycanın təmin etdiyi 11 yardım paketi və ağır qış şəraitində enerji infrastrukturu üçün göstərdiyi dəstək iqtisadi münasibətlərin strateji dərinliyini nümayiş etdirir.
Bu gün qazanılan bütün diplomatik və iqtisadi uğurların kökündə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət strategiyası dayanır. Ulu Öndər Azərbaycanın milli dövlətçilik maraqlarını qoruyarkən hər zaman balanslaşdırılmış və uzaqgörən bir kurs seçmişdi. Cənab Prezident İlham Əliyev bu kursu yeni dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirib və Azərbaycanı regionun lokomotivinə, beynəlxalq danışıqların mərkəzinə çevirib. Prezident Zelenskinin sülh danışıqları üçün Azərbaycan platformasına olan marağı və etimadı, əslində Heydər Əliyev məktəbinin bəhrəsi olan "güclü dövlət, etibarlı tərəfdaş" imicinin təsdiqidir. Qəbələ bəyanatları bir daha sübut etdi ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında öz sözünü deyən, ədaləti və beynəlxalq hüququ hər şeydən üstün tutan lider dövlətdir.
Əziz Ələkbərli
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər