Mobil versiya
Şəhid ailələrinin problemini həll etmədiyi üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə TƏYİNAT
Tarix: 20-04-2026 | Saat: 22:52
Bölmə:Ölkə | çapa göndər



Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

aia Konkret.az-a istinadla xəbər verir ki, şəhərin yeni baş memarı vəzifəsinə Fərid Məzahir oğlu Ərşadlı gətirilib.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Rəşad Əhmədəliyev çalışıb.

Xatırladaq ki, Rəşad Əhmədəliyevin işdən çıxarılmasına səbəb fəaliyyətində yol verdiyi ciddi nöqsanlar olub. İddialara görə, sabiq baş memar şəhid ailələrini, qaziləri və digər sakinləri qəbul etməkdən yayınıb, onların müraciətlərinə laqeyd yanaşıb.

Həmçinin, onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına şərait yaratması ilə bağlı şikayətlər olub. Bundan əlavə, mediada Rəşad Əhmədəliyevin çoxsaylı mülkləri və bahalı avtomobilləri barədə məlumatlar yayılmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026