Mobil versiya
Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb
Tarix: 19-04-2026 | Saat: 09:43
Bölmə:Ölkə | çapa göndər

Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb


Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"aia.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə