Mobil versiya
“ Açıq kitabxana” günü - FOTOLAR
Tarix: 10-03-2017 | Saat: 14:29
Bölmə:Təhsil | çapa göndər




Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü olan “ Açıq kitabxana ” layihəsi çərçivəsində 10 mart 2017 ci il tarixdə İmişli rayon Mərkəzi Kitabxana Sistemi Mədəniyyət Mərkəzinin qarşısındakı istirahət parkında “ Açıq kitabxana” günü keçirdi. Tədbirdə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin İmişli rayon təmsilçisi Nazim Əzimov, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qurupunun fəalları Yasin Tağıyev, Abbas Quliyev ,yazıçı və şairlər, mətbuat nümayəndələri, MKS-nın fəal oxucuları iştirak edirdi. Mərkəzi Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova qonaqları salamlayıb, tədbirin mahiyyəti barədə məlumat verdi. O, qeyd etdi ki, devizimiz “ Mən oxumuşam , sən də oxu!” dur. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı –publisist Səxavət Tağlar, rayon qəzetinin redaktoru, yazıçı Səməd İsmayılov, şair Binnət Nəsibov öz kitablarını tədbir iştirakçılarına və Mks-ya təqdim etdilər.

Uşaq və gənclərin marağına səbəb olan “ Açıq kitabxana” günü Bahar bayramı şənliyi ilə davam etdi. Natiqlərin çıxışından hər kəsə aydın oldu ki, elm, təhsil, intellekt qazanmaqda və şəxsiyyətyönümlü inkişafda kitabın rolunu və yerini əvəz edə bilən heç bir vasitə yoxdur.

Səxavət Tağlar,

Əməkdar müəllim, yazıçı-publisist.

AİA.az















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024