Mobil versiya
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Tarix: 16-04-2026 | Saat: 16:17
Bölmə:Ölkə | çapa göndər

Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib


Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavinləri Seymur Səfərli və Zaur Əliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı, aidiyyəti struktur bölmələrin nümayəndələri, AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrez, Bankın Azərbaycandakı ölkə üzrə direktoru Sunniya Durrani-Camal, ölkə üzrə əməliyyatlar rəhbəri Marina Best və digər nümayəndələr iştirak ediblər.

aia.az xəbər verir ki, Görüşdə qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tədbirdə Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Azərbaycan bu tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır və ölkəmizin davamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərin müzakirəsinə xüsusi önəm verir. Hökumət kənd təsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlıqda maraqlıdır.

Bildirilib ki, hazırda AİB tərəfindən Azərbaycanda kənd təsərrüfatı üzrə bir sıra layihələr icra olunur və bu təşəbbüslər sektorun modernləşdirilməsinə, innovativ yanaşmaların tətbiqinə və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində icra olunan layihələr, aqrar sahədə islahat gündəliyi, suvarma və su təsərrüfatının modernləşdirilməsi planları, yeni kənd təsərrüfatı strategiyasının hazırlanması və potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər həmçinin AİB ilə Nazirlik arasında İşçi Qrupunun yaradılması və birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Sonda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi aqrar sahədə dayanıqlı inkişafın təmin olunmasına, regionların potensialının artırılmasına və kənd yerlərində iqtisadi imkanların genişləndirilməsinə mühüm töhfə verəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026