Mobil versiya
Təhsillə bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu
Tarix: 10-03-2017 | Saat: 12:53
Bölmə:Təhsil | çapa göndər

Təhsillə bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul olundu


Uzun müddətdir müzakirəsi aparılan yeni hazırlanmış "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, bu qanun layihəsi sosial bir sifarişdir.

O qeyd edib ki, ölkədə aparılan islahatların bir hissəsi də təhsil sahəsində, o cümlədən məktəbəqədər təhsil sahəsində aparılır: “Bu baxımdan hüquqi bazanın formalaşdırılması üçün bu qanun layihəsinin qəbul edilməsinin çox böyük önəmi var. Bu qanun layihəsində məktəbəqədər təhsilin ümumi prinsipləri müəyyənləşdirilib. Bütün hüquqi aktlar, Prezident tərəfindən verilmiş fərman və sərəncamlar, Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlar qanun layihəsində nəzərə alınıb".

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur.

Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kopmleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ müəssisələr olacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024