Mobil versiya
80 yaşlı qadın: "Şiraslanı söyüş söydüyü üçün öldürmüşəm" - YENİLƏNİB
Tarix: 10-03-2017, 12:20 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

80 yaşlı qadın: "Şiraslanı söyüş söydüyü üçün öldürmüşəm" - YENİLƏNİB

Göygöl rayonunda 80 yaşlı qadının törətdiyi qətlin təfərrüatı məlum olub.

AİA.Az report-a istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1937-ci il təvəllüdlü Marquş Bayramova qonşusu və uzaq qohumu olan Kəlbəcər rayon sakini, 1974-cu il təvəllüdlü Şiraslan Atayevi qətlə yetirib. Yaşlı qadın mətbəx bıçağı ilə Ş.Atayevi ürəyə yaxın nahiyədən bıçaqlayıb. Bir bıçaq yarası alan Ş.Atayev hadisə yerində ölüb.

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 80 yaşlı qadın saxlanılıb. RPŞ-dən "Report"a verilən məlumata görə, M.Bayramova istintaqa ifadə verib: "Marquş Bayramova ifadəsində bildirib ki, gecə saatlarında qonşusu Şiraslan Atayev sərxoş halda qadının yaşadığı evə gəlib. Qoca qadın Şiraslan Atayevdən həyətindən çıxmasını tələb edib və bundan sonra tərəflər arasında mübahisə yaranıb. Marquş Bayramova qeyd edib ki, Şiraslan Atayev söyüş söydüyü üçün onu bıçaqlayıb".

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

----------

10:06

Göygöldə Kəlbəcərdən məcburi köçkün olan qadın qohumu olan kişini qətlə yetirib.

AİA.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib.

Qohumluq əlaqəsində olan 43 yaşlı Şiraslan Atayevlə 80 yaşlı Mərquş Bayramova arasında yaranan münaqişə birincinin mətbəxt bıçağı ilə öldürülməsi ilə nəticələnib.

Rayon polis şöbəsindən verilən məlumata görə, münaqişənin kişinin sərxoş olmasından qaynaqlandığı ehtimal edilir. Hadisəni törədən yaşlı qadın saxlanılıb.

Göygöl Rayon Prokurorluğunda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

----------

09:48

Göygöldə qətl hadisəsi törədilib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata əsasən, Ş.Atayevi qohumu olan qadın öldürüb. Cinayəti törədən qadının saxlanıldığı bildirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlayıb.

AİA.az



5415 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930