Qatarlara 18 dəfə daş atılıb
Tarix: 14-04-2026 | Saat: 15:14
Bölmə:Ölkə | çapa göndər

2026-cı ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb.
ADY-dən aia.az-a verilən məlumata görə, nəticədə sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür; qatara ciddi zərər dəyir; maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.
Məlumata görə, bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, valideynlərdən xahiş edirik ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar", - məlumatda qeyd olunur.
Xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-04-2026
24-04-2026