Mobil versiya
Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi
Tarix: 14-04-2026 | Saat: 09:46
Bölmə:Ölkə | çapa göndər

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

Mərdəkan qəsəbəsində Almas İldırım və Yesenin küçələri aparılan təmir işləri ilə əlaqədar bağlanıb.

aia.az xəbər verir ki, bu barədə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, 140 və 140E saylı xətlərdə avtobuslar hər iki istiqamətdə müvəqqəti olaraq 28 May küçəsi, Əliabbas Əliyev küçəsi və Əliheydər Qarayev küçəsi ilə hərəkət edir.

Təmir işləri ilə bağlı 125, E1 və 149 nömrəli marşrut xətləri üzrə avtobuslar hər üç istiqamət üzrə 20-ci sahə ilə hərəkət edir və "Jurnalistlərin binası" yaxınlığında yerləşən dayanacaq məntəqəsinə daxil olmur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə