Mobil versiya
Azərbaycanda palçıq vulkanı püskürdü
Tarix: 10-04-2026 | Saat: 13:32
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda palçıq vulkanı püskürdü

Dünən Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.

aia.az xəbər verir ki, püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026