Mobil versiya
Deputat narkoloji arayışın nikah üçün tələb edilən sənədlər siyahısına əlavə edilməsini təklif edib
Tarix: 10-04-2026 | Saat: 12:54
Bölmə:Manşet / Ölkə | çapa göndər

Deputat narkoloji arayışın nikah üçün tələb edilən sənədlər siyahısına əlavə edilməsini təklif edib

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının arıtırlması təklif olunur.

aia.az xəbər verir ki.Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov bunu parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O təklif edib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı narkoloji asılılığın olub-olmadığı haqda arayış da tələb edilsin:

“Çünki bəzi nikah bağlanandan sonra şəxslərin narkoloji asılılığının olduğu ortaya çıxır. Bu ailə planlanmasında problem yaratmaqla bərabər boşanmaya da səbəb ola bilir. Narkoloji arayışın nikah üçün tələb edilən sənədlər siyahısına əlavə edilməsi boşanmaların sayının azalmasına da səbəb ola bilər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə