Mobil versiya
"Qəzaya uğradığımızı xəstəxanada anladım" - Xəsarət alan tələbə
Tarix: 09-03-2017 | Saat: 16:37
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

"Qəzaya uğradığımızı xəstəxanada anladım" - Xəsarət alan tələbə

Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub.

AİA.Az apa.tv-ə istinadən xəbər verir ki, Bakıdan Sumqayıt istiqamətində hərəkət edən, 50-BM-132 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus Masazır körpüsünün üzərindən keçərkən yol kənarında dayanmış, 52-BE-874 dövlət nömrə nişanlı "ZİL" markalı yük maşınına çırpılıb. Daşla dolu "ZİL" gecədən körpünün üzərində dayanıbmış.

Yük maşınının nasazlıq səbəbindən yol kənarında dayandığı güman olunur. Maşının sürücüsü xəbərdarlıq məqsədilə yük yerindən mişar daşlarının bir hissəsini boşaldaraq yol kənarına yığıb. Sürətlə gələn mikroavtobus əvvəlcə bu daşlara dəyib. Toqquşmadan yaranan toz-duman qarşıdakı "ZİL" maşınını görməyə imkan verməyib və nəticədə mikroavtobusun sürücüsü məsafəni düzgün hesablamadığından maşını sağ tərəfdən "ZİL"ə çırpıb.

Qəza nəticəsində mikroavtobusda olan Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi dünyasını dəyişib, 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı vəfat edən tələbələr Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vüqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzuli oğludur(1997-cı il).

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov şəhər təcili tibbi yardım xəstəxanasına gətirilən yaralıların həyatı üçün təhlükə olmadığını deyib: "Xəstəxanada yatan yaralıların hamısı ilə bir-bir görüşdük. Həkimlər yaralıların həyatı üçün narahatedici hal olmadığını bildirdilər. İki qızın vəziyyəti bura gələndə ağır olub. Komada olan yaralılar həkimlərin səyi nəticəsində ayılıb".

Baş həkim Nəriman Baxşəliyev 14 yaralıya ilkin tibbi yardım göstərildiyini deyib: "14 xəstə ambulator müalicəyə götürülüb. Onların durumuna nəzarət üçün bütün intensiv tədbirlər görülüb".

Xəsarət alan tələbələr hadisənin necə baş verdiyini xatırlamırlar. Yaralılar qəzaya uğradıqlarını xəstəxanada şokdan ayıldıqdan sonra anlayıblar.

Xəsarət alan tələbələrdən Bəybala Manafov zərbədən başının sərt şəkildə qabaq oturacağa dəydiyini deyib:

"Başım dəydi, sinəm əzildi, ondan sonra huşumu itirdim. Nə baş verdiyini bilmirdim".

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu artıq saxlanılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024