Dəhşətli statistika: 28 ildə 26 mindən çox insan yol qəzasında ölüb
Tarix: 09-03-2017 | Saat: 16:29
Bölmə:Parlament | çapa göndər
Azərbaycanda yol qəzalarında ölənlərin sayı son illər xeyli artıb. AzVision.az-ın araşdırmasına görə, 1988-ci ildən 2013-ci ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Son 3 il - 2014, 2015 və 2016-cı ilin statistikası ölü sayının azalmadığını, əksinə artdığını göstərir.
Rəsmi məlumata əsasən 2014-cü ildə Azərbaycanda 2606 yol qəzası baş verib. Ölkə ərazisində baş verən yol qəzalarında 1121 nəfər ölüb, 2727 nəfər xəsarət alıb.
2015-ci il ərzində isə respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb.
2016-cı il ərzində ölkə üzrə 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 759 nəfər həlak olub, 2003 nəfər isə yaralanıb.
Rəsmi məlumatlara görə, 28 il ərzində (1988-2016-cı illər) 73813 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 26 min 183 nəfər ölüb, 81 min 873 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, ötən illər ərzində ən çox yol qəzası və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025