Mobil versiya
Bloklanan zərərli keçidlərin sayı kəskin azalıb
Tarix: 07-04-2026 | Saat: 11:29
Bölmə:Ölkə | çapa göndər

Bloklanan zərərli keçidlərin sayı kəskin azalıb

Bu ilin yanvar-mart aylarında "AzStateNet" şəbəkəsi üzrə 41 milyon 285 min zərərli keçid bloklanıb.

aia.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azdır.

3 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 49 min, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 31 min 962 zərərverici tərkibli elektron sənəd blok edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 50 % və 20 % azdır.

2025-ci ildə "AzStateNet" şəbəkəsi üzrə 449 milyon 385 min zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 6 milyon 205 min 200, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 96 min 794 zərərverici tərkibli elektron sənəd bloklanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026