Mobil versiya
Azərbaycanlı deputat Türkiyədə zədələndi
Tarix: 04-04-2026 | Saat: 15:56
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanlı deputat Türkiyədə zədələndi


Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib.

Aia.az Unikal.az-a istinadən xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.

Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda azərbaycanlı deputat Kamran Bayramov oyunun 20-ci dəqiqəsində ciddi zədə alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.
Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub. Beləliklə, Azərbaycan turniri ikinci yerdə tamamlayıb. Qırğızıstan isə üçüncü olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026