Bakıda təcridxanada uşaq doğuldu - Körpəni məhkəməyə gətirdilər
Tarix: 09-03-2017 | Saat: 13:42
Bölmə:Parlament / Karusel | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
AİA.Az APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə bildirilib ki, X.Bəkirova 3 gün əvvəl Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları körpəni məhkəməyə gətiriblər.
Məhkəmə baxışı martın 15-nə təyin edilib.
Qeyd edək ki, ötən il dekabrında Bakıda mənzillərin birindən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1993-cü il təvəllüdlü Yevlax rayon sakini Xalidə Bəkirova və Gülşən Bəkirova tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025