Mobil versiya
Kommunal xidmətlər səfərbər oldu: Yağışın fəsadları aradan qaldırılır -Fotolar
Tarix: 28-03-2026 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

Kommunal xidmətlər səfərbər oldu: Yağışın fəsadları aradan qaldırılır

Ölkə ərazisində son iki gündə intensiv yağan yağışlar ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Adalet.az xəbər verir ki, Səbail rayon 58 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) əməkdaşları əraziyə baxış keçirib, problemli nöqtələri müəyyən ediblər. Xüsusilə yağış sularının normal axını üçün su barmaqlıqları və drenaj xətləri diqqət mərkəzində olub.

Aparılan təmizləmə işləri nəticəsində su barmaqlıqları yığılan tullantılardan və lil qatından azad edilib, bununla da yağış sularının maneəsiz axını təmin olunub. Görülən tədbirlər sayəsində ərazidə suyun səviyyəsi qısa müddətdə azalıb və sakinlərin gündəlik həyatına mənfi təsir minimuma endirilib.

Qurumdan bildirilib ki, hava şəraitinin qeyri-sabit keçdiyi günlərdə bu cür operativ müdaxilələr davamlı xarakter daşıyacaq. Eyni zamanda, vətəndaşlara da yağış sularının axınına mane ola biləcək tullantıların küçələrə atılmaması tövsiyə olunur.

Gün ərzində həyata keçirilən tədbirlərlə yanaşı, axşam saatlarında da işlər dayandırılmadan davam etdirilir.
Mütəxəssislərə görə, vaxtında aparılan profilaktik tədbirlər gələcəkdə oxşar problemlərin qarşısını almaqda mühüm rol oynayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026