Mobil versiya
Sabunçuda maşınlar su altında qalıb - VİDEO
Tarix: 28-03-2026 | Saat: 15:16
Bölmə:Ölkə | çapa göndər

Sabunçuda maşınlar su altında qalıb - VİDEO


Məlum olduğu kimi, ötən gündən yağan yağış paytaxtın Sabunçu qəsəbəsində ciddi fəsadlara yol açıb.

Aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən vəziyyət daha da ciddiləşib. Bu haqda vətəndaşlar sosial şəbəkələrdə görüntülər paylaşırlar.

Videolardan maşınların su altında qaldığı, ərazidə istər piyada, istərsə də avtomobillə hərəkətin mümkünsüz olduğu görünür.

Qeyd edək ki, dünəndən Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar su altında qalıb. Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma qeydə alınıb, orada nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026