ABŞ-İran müharibəsi və qlobal sarsıntı
Tarix: 27-03-2026 | Saat: 11:07
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl | çapa göndər

2026-cı ilin fevral ayı tarix kitablarına sadəcə təqvim vərəqi kimi deyil, Yaxın Şərqin və bəlkə də dünyanın nizamını kökündən dəyişən bir dönəm kimi düşdü. Fevralın 28-də sübh tezdən başlayan "Epic Fury" əməliyyatı onilliklərdir yığılan gərginliyin partlayış nöqtəsi oldu. Göy üzü qırıcıların və raketlərin gurultusu ilə dolarkən, dünya yeni və qeyri-müəyyən bir eraya oyandı. ABŞ və İsrailin koordinasiyalı hava hücumları İranın hərbi və siyasi onurğa sütununu hədəf almışdı. Rəsmi Tehran sükuta qərq olsa da, gələn xəbərlər sarsıdıcı idi: Ali Rəhbər Ayətullah Əli Xamenei bu zərbələrin qurbanı olmuşdu. Nətənz nüvə kompleksi və SEPAH-ın gizli yeraltı bazaları alovlar içində qalarkən, İranın idarəetmə mexanizmi ilk dəfə bu dərəcdə böyük bir vakuumla üz-üzə qaldı.
Müharibənin ilk günlərindən etibarən hərbi xərclər astronomik hədlərə çatdı. Analitiklərin hesablamalarına görə, Vaşinqtonun bu əməliyyata ayırdığı vəsait artıq 27 milyard dolları ötüb; bu, hər gün orta hesabla 1 milyard dollardan çox vəsaitin oda atılması deməkdir. Lakin itkilər təkcə maliyyə ilə ölçülmür. Qızıl Aypara Cəmiyyətinin son hesabatı dehşətli mənzərəni ortaya qoyur: İranda 153 şəhərdə 1000-dən çox hədəfə endirilən zərbələr nəticəsində 787 mülki şəxs həlak olub, hərbi itkilərin sayı isə 6,000 nəfəri keçib.
Tehranın cavabı həm hərbi, həm də iqtisadi bir qisas xarakteri daşıdı. İran strateji əhəmiyyətli Hörmüz boğazını bağladığını elan etdi və qlobal neft dövriyyəsinin şah damarının kəsilməsi dünya bazarlarını iflic etdi. Martın 21-də isə İran minlərlə kilometr uzaqlıqdakı Diyeqo-Qarsiya bazasına ballistik raket atmağa cəhd edərək arsenalının gücünü nümayiş etdirdi. Hətta martın 19-da maraqlı bir kəşfiyyat detalı üzə çıxdı: Rusiya peyklərindən alınan koordinatların dəstəyi ilə İran zenitçiləri ABŞ-nin ən müasir F-35 qırıcısını zədələməyi bacardılar və təyyarə təcili enişə məcbur oldu. Bu hadisə həm Pentaqonun nüfuzuna zərbə vurdu, həm də müharibənin görünməz müttəfiqlərini aşkar etdi.
Daxildə isə mənzərə ziddiyyətlidir. Gecə saatlarında qədim Ərdəbil şəhəri minlərlə insanın ayaq səsləri ilə lərzəyə gəldi. "aia.az"ın məlumatına görə, şəhər küçələrinə axışan izdiham İran bayraqlarını dalğalandıraraq rəsmi Tehrana sarsılmaz dəstəyini nümayiş etdirdi. Vaşinqtonun zərbələrinə qarşı sərt şüarların səsləndiyi bu aksiya, İran daxilində anti-Amerika ovqatının yeni bir zirvəyə çatdığının bariz nümunəsi oldu.
Martın 23-də hərbi əməliyyatların gedişatında kəskin dönüş yarandı. Prezident Donald Tramp, Pentaqona İranın enerji infrastruktura zərbələri beş gün müddətinə təxirə salmağı tapşırdı. "Report"un "Ynet" portalına istinadən verdiyi məlumata görə, həlledici danışıqlar bu həftə Pakistan ərazisində keçiriləcək. Amerikalılar müharibənin bitmə günü kimi 9 aprel tarixini müəyyən ediblər. Bu tarixin seçilməsi həm də böyük bir siyasi iddiadır; Tramp müharibəni aprelin 9-dək bitirib, İsrailin Müstəqillik Günü tədbirlərinə "qalib sülhməramlı" kimi qatılmaq və ölkənin ən ali mükafatı olan "İsrail mükafatı"nı almaq niyyətindədir.
Hazırda dünya nəfəsini dərərək Pakistan masasından gələcək xəbərləri gözləyir. Qarşıda həm müharibə, həm də danışıqlar üçün cəmi 16 gün vaxt var. Ya aprelin 9-u qlobal sülhün başlanğıcı olacaq, ya da 5 günlük möhlət bitdikdə İranın enerji infrastrukturu alovlar içində qalacaq. 2026-cı ilin baharı bəşəriyyət üçün ya böyük bir qurtuluş, ya da daha böyük bir fəlakətin astanası kimi yadda qalacaq.

Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2026
16-04-2026