Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı - YENİLƏNİB
Tarix: 11-03-2026 | Saat: 12:58
Bölmə:Manşet / Ölkə | çapa göndər

"Naxçıvan Taxıl Məhsulları" MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.
aia.az-ın Oxu.az-a istinadən məlumatına görə, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.
Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi iddia olunur.
Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.
Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.
***
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub.
aia.az-ın APA-ya istinadən məlumatına görə, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində ittiham olunur.
Onunla bağlı Baş Prokurorluqda cinayət işi başlandığı bildirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-04-2026