Mobil versiya
Azad edilmiş ərazilərdə daha 23 mina aşkarlanıb
Tarix: 10-03-2026 | Saat: 15:23
Bölmə:Ölkə | çapa göndər

Azad edilmiş ərazilərdə daha 23 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.03.2026 – 09.03.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) aia.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 8 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 743 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1191.2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026