Mobil versiya
Bu gecə ikinci Qədr gecəsidir
Tarix: 10-03-2026 | Saat: 10:11
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bu gecə ikinci

Bu gecə müqəddəs Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

aia.az xəbər verir ki, ikinci Qədr gecəsi martın 10-dan 11-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə martın 12-dən 13-nə keçən gecəyə təsadüf edəcək.

Qədr gecəsi Allahın müqəddəs kitabı olan Qurani-Kərimin nazil olduğu gecədir.

Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026