Mobil versiya
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının növbəti iclası keçirilmişdir -Fotolar
Tarix: 06-03-2026 | Saat: 13:21
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  İdarəetmə Şurasının növbəti iclası keçirilmişdir

Martın 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının növbəti iclası keçirilmişdir.

İclasda Cəmiyyətin prezidenti, İdarəetmə Şurasının sədri Novruz Aslanov, İdarəetmə Şurasının üzvləri və əməkdaşları iştirak etmişdir. Gündəlikdə duran cari təşkilati məsələlərlə yanaşı son günlər regionda baş verən hadisələr və onların mümkün humanitar təsirləri geniş müzakirə olunmuşdur.

Novruz Aslanov öz çıxışında ənənəvi fəaliyyətlərə uyğun, xüsusilə fövqəladə və böhran vəziyyətlərində Cəmiyyətin fəaliyyətinin operativ təşkili, humanitar reaksiyanın səmərəli şəkildə həyata keçirilməsi və zəruri hallarda təşkilatın bütün struktur bölmələrinin səfərbər edilməsi məsələlərini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, belə hallarda əhalinin humanitar ehtiyaclarının vaxtında qiymətləndirilməsi, həssas qruplara dəstəyin göstərilməsi və aidiyyəti qurumlarla əlaqələndirilmiş fəaliyyətin təşkili xüsusi əhəmiyyət kəsb edir.

İclas çərçivəsində Cəmiyyətin yerli bölmələrinin bölgələrdə gördüyü işlər, humanitar hazırlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin könüllülərin fövqəladə hallar zamanı davranış qaydaları və operativ fəaliyyətə cəlb olunması məsələləri də ətraflı müzakirə edilmişdir. Bildirilmişdir ki, yerli bölmələrin və könüllü şəbəkəsinin potensialının gücləndirilməsi, onların fövqəladə hallara hazırlığının artırılması və humanitar prinsiplərə uyğun fəaliyyətinin təmin edilməsi Cəmiyyətin əsas prioritet istiqamətlərindən biridir.

İdarəetmə Şurası tərəfindən vurğulanmışdır ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, humanitar fəaliyyətin qərəzsiz, neytral və operativ şəkildə həyata keçirilməsi daim diqqətdə saxlanılmalı, bu istiqamətdə institusional hazırlıq və koordinasiya mexanizmləri daha da gücləndirilməlidir.
İclasın yekununda müzakirə olunan məsələlər üzrə qərarlar qəbul edilmiş, aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026